İranın Tehran vilayətində yük maşınının bunkerindən 6 ton narkotik maddə aşkarlanıb.
Teleqraf.com-un məlumatına görə, bunu İranın Tehran vilayətinin qərbinin hüquq-mühafizə orqanının polis rəisi Möhsün Xançərli deyib.
M.Xançərlinin sözlərinə görə, yük maşını qaz nəql etmək adı altında narkotik aparırmış.
Polis rəisi əlavə edib ki, yük maşınına baxış keçirilərkən onun bunkerindən 5,6 ton tiryək, 384 kq morfin aşkarlanıb.
Faktla bağlı bir nəfər saxlanılıb.