Tovuz rayonunda bıçaqlanma hadisəsi olub.
Hunanlar kənd sakini, 1997-ci il təvəllüdlü İsmayıl Məmmədov mübahisə zəminində həmkəndlisi tərəfindən döş qəfəsindən bıçaqlanıb.
Ağır xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.