3 Sentyabr 2019 15:20
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

O, Teyyub Quliyevin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses sentyabrın 9-da davam etdiriləcək.

Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

O, özünü Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstəririb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər