6 Sentyabr 2019 12:47
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Teyyub Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

O, özünü Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstəririb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər