28 Sentyabr 2019 10:29
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda vətəndaşı döyərək ondan külli miqdarda pul tələb edən Dünyamalı Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

Şamaxı rayonunda yaşayan Rusiya vətəndaşı Dünyamalı Şahbazov şəxsiyyəti məlum olmayan Əziz və Elçin adlı şəxlərlə birləşərək Şəhriyar qəsəbəsi sakini Nazir Nübarinin yaşadığı evin həyətinə gələrək ona zor tətbiq etməklə avtomobilə mindirib, sonra qəsəbədəki Bayraq Meydanı adlanan əraziyə gətiriblər.

Həmin şəxslər orada Nazir Nübarini döyərək hədə-qorxu yolu ilə ondan 60 min manat tələb ediblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Dünyamalı Şahbazov şübhəli şəxs qismində tutulub.

İstintaq orqanı tərəfindən Dünyamalı Şahbazovun barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (kədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər