Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nəsimi Əbilovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Kürdəmir rayon sakini, 1997-ci il təvəllüdlü Əhməd Ağayev Sabunçu rayonu, Məhəmmədli qəsəbəsində yerləşən “Güllücə” kafesinin yanında Nəsimi Əbilov tərəfindən bıçaqlanıb.
Nəsimi Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.