14 Oktyabr 2019 16:03
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də, saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını aldığını bildirib.

22-ci polis şöbəsi və Səbail rayon Polis İdarsinin 39-cu polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov