Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Gülsüm Tamarova ailə münaqişəsi zəminində həyat yoldası tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı polis tərəfindən araşdırılır.