18 Sentyabr 2014 10:00
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Balakən rayon sakini Abdulla Saramanov tanışı, Qax rayon sakini Ramil Məmmədovu bıçaqlayaraq öldürüb. Hadisə onların arasında yaranan şəxs münasibətlər zəminində baş verib.

Polis əməkdaşları tərəfindən hadisəni törədən Abdulla Saramanov həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1.-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: