Bu gün Bakı Apelyasiya Məhkəməsində özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın apelyasiya şikayəti üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanıb.
Şəlalə Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəlalə Hüseynova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şəlalə Hüseynova apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yünhülləşdirilməsini istəyib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
Hacı Zeynalov