18 Noyabr 2019 09:42
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki gənc qız və bir kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.

Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər