Şəki şəhərində yol qəzasına düşən şəxs 16 gün sonra xəstəxanada ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 3-də qeydə alınıb. Şəki şəhərində rayon sakinləri Qafqaz Allahverdiyevin idarə etdiyi “UAZ-452” və Rəhman Yusifovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub.
A.Allahverdiyev idarəetməni itirdiyindən yolu keçən həmyerlisi Qüdrət Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 18-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov