7 Dekabr 2019 09:59
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Astara rayon sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb.

Lakin faktı törədən şəxs çox da uzağa gedə bilməyib.

Fəqan Məmmədov ərazidə xidmət aparan Astara rayon polis şöbəsinin post patrul xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb.

Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov