Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun 40-cı Rezervuar küçəsində qeydə alınıb. Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Royal Əliyev kirayə yaşadığı evdə özünü asaraq ölüb.
Royal Əliyev paytaxtda inşa olunan binalarda fəhlə işləyirmiş. Onun intihar etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov