Baş prokuror Zakir Qaralov Tovuzdakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov yanvarın 9-da keçirlən əməliyyat müşavirəsi deyib.
Zakir qaralov qeyd edib ki, dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.