23 Sentyabr 2014 11:59
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda avtomobillərdən oğurluq edən şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avtomobil qaçırmada və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Məmmədov yaxalanıb.

Məlum olub ki, o, avqustun 30-na keçən gecə Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində Məcid Babayevə məxsus “VAZ-2107” və sentyabrın 14-də Əmircan qəsəbəsi, E.Həsənov küçəsində Elnur Babayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırıb. Bundan başqa o, sentyabrın 2-nə keçən gecə Suraxanı qəsəbəsi, 1-ci mədən küçəsində Taleh Gülüşova məxsus “VAZ-2106” markalı avtomobildən 30 manat, 4 ədəd səsgücləndirici və maqnitafon oğurlayıb.

Hacı Zeynalov


Müəllif: