20 Yanvar 2020 14:40
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlama hadisəsi törətməkdə təqsirləndirilən Hüseyn Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən Hüseyn Nağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Növbəti proses yanvarın 28-də davam edəcək.

İttihama görə, hadisə ötən ilin sentyabrında baş verib.

Tovuz şəhər sakini N.Qurbanova hüquq-mühafizə orqanlarına müraciət edərək qızı Z.Məmmədovanın Hüseyn adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, 23 yaşlı Hüseyn Nağıyev Z.Məmmədovanı qaçırmazdan əvvəl qısqanclıq zəminində qızın tanışı, Lerik rayon sakini, 40 yaşlı Arzu Nəcəfova 4 bıçaq zərbəsi endirib.

İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər