Bakının Binəqədi rayonunda oğurluq hadisənini üstünün açılması istiqamətində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində neft quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 10 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Orucov və S.Səfərov saxlanılıblar.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir mağazadan və bir avtomobildən pul, mobil telefon və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Pənahov tutulub.
Daha bir əməliyyat Səbail rayonunda keçirilib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də Bülbül prospektində yerləşən marketlərin birində Bakı şəhər sakini T.Rüstəmovun içərisində 3 ədəd mobil telefon və bankomat kartları olan çantasını oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini A.Rüstəmov saxlanılıb.