25 Sentyabr 2014 11:17
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novosibirsk şəhərində polis Kemerovo vilayətindən olan Anna Ş. adlı tələbə qızın qrup halında zorlanması ilə bağlı cinayət işini araşdırır.

Teleqraf.com-un xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarına zorlanaraq huşsuz halda qalan qızın fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra məlumat daxil olub.

Foto ədəbsiz ifadələr yazılaraq paylaşılıb. İlkin ehtimala görə, Anna Ş.-nı intiqam məqsədilə zorlayıblar. Fotonu isə sədaqətli olmaması səbəbindən onu rüsvay etmək üçün paylaşıblar.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə ("Yetkinlik yaşına çatmayan şəxsə təcavüz") cinayət işi açılıb.

Polisdən verilən məlumatda bildirilir ki, təcavüzə məruz qalan qız texnikumda təhsil almaq üçün Kemerovodan Novosibirskə gəlib.

İlkin məlumata görə, yetkinlik yaşına çatmayan qız sevgilisinin evinə dəvət edilib. Burada onlar spirtli içki qəbul ediblər. Daha sonra Novosibirsk Kooperasiya Texnikumunun tələbəsi olan 5-6 oğlan qızı zorlayıb. Onlardan 4 nəfər həbs edilib. Faktla bağlı araşdırma davam edir.

Nihad


Müəllif:

Oxşar xəbərlər