17 Fevral 15:56

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmov həbs edilib.

Onun evindən 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov