26 Sentyabr 2014 09:19
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Uşak vilayətində Azərbaycan vətəndaşları avtomobil qəzasına düşüblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Ajans34" qəzeti məlumat verib.

Qəzetin məlumatına əsasən, Azərbaycan vətəndaşı Əli Kərimli idarə etdiyi 64 LV 863 dövlət nişanlı avtomobillə qəzaya uğrayıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin Ülvi Sadıqov və Elvin Bəhmənli hadisə yerində, Anar Musayev isə xəstəxanada keçinib.

İlkin versiya kimi, qəzaya avtomobilin yol kənarındakı dirəyə dəyərək qarşı yola çıxması və əks istiqamətdə hərəkət edən avtomobillə toqquşması səbəb göstərilir.

Məlumatda o da qeyd olunur ki, avtomobili idarə edən Əli Kərimli və sərnişin Mais Həsənov qəza nəticəsində yaralanıblar. Qəzaya düşən azərbaycanlıların Uşak Universitetinin tələbələri olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.


Müəllif:

Oxşar xəbərlər