İstanbulda tanınmış iş adamı Ali Armağanın oğlu intihar edib.
Teleqraf.com xəbər verir ki, 14 yaşlı A.A. yaşadıqları villada özünü silahla vuraraq öldürüb. Hadisə yerinə gələn təcili yardım işçiləri yeniyetmə oğlana tibbi müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun valideynlərinin 2 həftə öncə boşandığı məlum olub. Psixoloji problemləri olan A.A.-nın babasının silahı ilə intihar etdiyi bildirilib.