Şəki Penitensiar müəssisəsinə qadağan olunmuş əşya keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində cəza çəkən məhkum Mustafa Həmzət oğlu Hacıyevin yanına qısamüddətli görüşə gəlmiş oğlu Elvin Mustafa oğlu Hacıyevin üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zaman onun gətirdiyi sovqatın içərisindən bir ədəd “Qax" suyu qabına gizli yolla doldurulmuş spirtli içki – araq aşkar edilərək götürülüb.
Mustafa Hacıyev Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı