Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini M.Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.
M.Nəcəfovdan və sərnişini Sabirabad rayon sakini S.Məmmədovdan 7 kiloqram 610 qram heroin və 4 kiloqramdan artıq metamfetamin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.