Qəbələ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonunun Vəndam qəsəbəsində qeydə alınıb. Rayon sakini Lyudviq Çallari idarə etdiyi “Ksoy-5L” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zahir Baxışovu vurub. Piyada hadisə yerində ölüb.
Daha bir yol qəzası Şabran rayonunda baş verib. Rayonun Rəhimli kəndində Quba rayon sakini Təbriz Həsənov idarə etdiyi “Opel” markal avtomobili yolun kənarındakı ağaca vurub.
Sürücü və 5 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Aysel Məmmədova ölüb.
Hacı Zeynalov