7 Aprel 2020 12:33
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Təbriz Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il dekabrın 10-da Təbriz Ağayevin idarə etdiyi “Kamaz 53212” markalı yük avtomobili ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Tural Cabbarlı və Dilarə Sultanlının vurması nəticəsində sonuncular hadisə yerində vəfat ediblər.

İstintaq orqanı tərəfindən Təbriz Ağayevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Tural Cabbarlı və Dilarə Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər