8 Aprel 2020 09:51
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lifttəmir” İstehsalat Birliyinin işçisi Üzeyir Aslanovun barəsində cinayət işi açılıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isrifa etmə) maddəsi ilə ittiham elan edilib.

Üzeyir Aslanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçübn hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, cinayət işi üzrə “Lifttəmir” İstehsalat Birliyi zərərçəkmiş qismində tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər