30 Sentyabr 2014 14:08
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi polis əməkdaşının faciəli ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sentyabrın 29-da saat 23 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran XPŞ əməkdaşlarının brokonyerliyə qarşı keçirdikləri əməliyyat tədbirləri zamanı “Veravul” çayının Lənkəran rayonunun Ürgə kəndindən keçən hissəsində qayıqda qanunsuz balıq ovu ilə məşğul olan kənd sakinləri Rafiq Əsgərovu və Bəhruz Hüseynovu tutmaq istəyiblər. Bu zaman R.Əsgərov elektrik cərəyanına bağlanmış toru suya atıb hadisə yerini tərk edib.

Tora toxunmuş polis kiçik serjantı Malik Cahangirovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərov və B.Hüseynov tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər