Bakıda bir gündə iki yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sentyabrın 29-da, saat 23 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Saməddin Əhədovun idarə etdiyi “KamAZ” və Elçin Alıyevin idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub. E.Alıyev və sərnişinləri Qəhrəman Məmmədov və digər 2 sərnişin (1 qadın və 1 kişi) hadisə yerində ölüblər.
Daha bir yol qəzası Qaradağ rayonu ərazisində qeydə alınıb. Abşeron rayon sakini Fərid İsmayılov idarə etdiyi “Hyundai” markalı avtomobili yolayırıcısına vurub. F.İsmayılovun sərnişini - Bakı şəhər sakini Valeh Heydərov hadisə yerində ölüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov