1 May 2020 18:57
3 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Deveçi Kurtuluş Hasanın barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə qərar Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda qəbul edilib.

Hakim istintaq orqanını təqdimatını təmin edib və təqsirli bilinən şəxsin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

11:16

Abşeron rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən Türkiyə vətəndaşı Deveçi Kurtuluş Hasan həbs edilib.

Məlumata görə, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir.

İstintaq orqanı tərəfindən Deveçi Kurtuluş Hasanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib. İstintaq orqanı Deveçi Kurtuluş Hasanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Abşeron rayon Məhkəməsinə təqdimat göndərib.

Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, istintaq orqanını təqdimatına baxılması üçün hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Bildirlir ki, hakim istintaq orqanını təqdimatıa bu gün ərzində baxılacaq.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər