Bakıda intihara cəhd hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Hövsan qəsəbəsində 1980-ci il təvəllüdlü Bəyalıyev Etibar Əlisəmid oğlu bıçaqla özünə xəsarət yetirib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol qolunda çoxsaylı kəsilmiş yaralar aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.