5 May 2020 16:06
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərin birindən 300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərçivan qəsəbə sakinləri H.Hüseynov və İ.Məmmədov saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 1 evdən pul və qızıl-zinət əşyası oğurlamaları da müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər