2 Oktyabr 2014 02:57
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin “ Sahil ” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.


Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

01-10-2014; 23.32

Bakı metropoliteninin “Sahil” stansiyasında bomba həyəcanı yaşanır. Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, naməlum şəxs polisə zəng edərək, metro stansiyasına partlayıcı qoyulması ilə bağlı məlumat verib. Bundan sonra “Sahil” stansiyasına polis əməkdaşları, təcili tibbi yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib.

Hazırda stansiyada axtarış işləri aparılır. Bakı şəhər hüquq-mühafizə orqanlarının əməkdaları hadisə yerindədirlər.

APA isə xəbər yayıb ki, Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.

.
  • Bakı metrosunda bomba həyəcanı (FOTO, Yenilənib)  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir281/img1645490.jpg' href='http://musavat.com/data/news/dir281/img1645490.jpg' target='_blank'>Yüklə</a>
  • Bakı metrosunda bomba həyəcanı (FOTO, Yenilənib)  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir281/img1645491.jpg' href='http://musavat.com/data/news/dir281/img1645491.jpg' target='_blank'>Yüklə</a>
  • Bakı metrosunda bomba həyəcanı (FOTO, Yenilənib)  <a class='popupgallerylink'  data-cke-saved-href='http://musavat.com/data/news/dir281/img1645492.jpg' href='http://musavat.com/data/news/dir281/img1645492.jpg' target='_blank'>Yüklə</a>

Müəllif: