3 Oktyabr 2014 09:45
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda avtomobil oğurluğu edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun C.Məmmədquluzadə küçəsindən Xaçmaz rayon sakini Cəmil Şeydayevə məxsus “VAZ-21099” markalı avtomobil qaçırılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmış Ağdaş rayon sakini Ümid Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Pərviz İsgəndərova məxsus “Mercedes” markalı avtomobili qaçırmış Ağstafa rayon sakini Fərid Xanlarov da məsuliyyətə cəlb edilib.

Hacı Zeynalov


Müəllif: