Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ziya Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini Əzizağa Heydərov idarə etdiyi “BMW 320” markalı avtomobillə yolu keçən piyada Ramil Əsgərovu vurub.
Piyada ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov