Şabran rayonunda seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Höccətəli Soltanov, Fərid Xalıqov, Sabir və Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
İstintaq orqanı tərəfindən Höccətli Soltanov, Sabir Həmidov və Fərid Xalıqovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər rayon ərazisində azyaşlıya təcavüz edib, ona qarşı seksual xarakterli hərəkətlər ediblər.
Azyaşlının valdeynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında hər üç şəxs həbs edilib.