Zaqatala rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1972-cü il təvəllüdlü Nadilə Orucovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 17-nə təyin edilib.
İttuhama görə, Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Hüseynov bu il fevralın 25-də qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Orucova tərəfindən bıçaqlandığı məlum olub.
İstintaq orqanı tərəfindən Nadilə Orucovanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.