12 İyul 2020 09:21
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinən Murad Tağıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əli Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə ötən ilin oktyabrın 24-də baş verib. Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev 1967-ci il təvəllüdlü Hamlet Novruzovu bıçaqlayaraq öldürüb. Məlum olub ki, hadisədən əvvəl Hamlet Novruzov və iki tanışı ilə yeyib-içiblər, sərxoş olan dostlar küçəyə çıxıblar. Bu zaman Hamletin yanında olan oğlan digər qız dostu ilə quçaqlaşıb öpüşüblər.

Bunu görən Murad Tağıyev onlara iradını bildirib. Bundan əsəbləşən Hamlet Novruzov Murad Tağıyevlə mübahisə edib. Murad Tağıyev özündə olan bıçağı Hamlet Novruzovun ürək nahiyəsinə sancıb.

Hamlet Novruzov hadisə yerində ölüb, Murad Tağıyev həbs edilib.

İstintaq orqanı tərəfindən Murad Tağıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər