13 İyul 2020 10:58
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda karantin qaydalarını pozan 4 nəfərin barəsində cinayət işi açılıb.

Teleqraf.com-un xəbərinə görə, Nicat Famil oğlu Ağazadə, Xəyal Rauf oğlu Abbasov, Fərhad Adil oğlu Əliyev və Mirhəsən Mirbəşir oğlu Həsənovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Xətai rayon Məhkəməsində hakim Şəhriyar Əliyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanın təqdimatına baxılıb.

Hakim istintaq orqanını təqdimatını təmin edilib.

Təqsirli bilinən şəxslərin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər