Bakıda əcnəbi vətəndaşlara qarşı xuliqanlı hərəkətləri törətməkdə ittiham olunan paytaxt sakinləri – Pünhan Sadıqlı, Məhəmməd Mikayılov, İsmayıl Qədirov və Aytən Nağıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, paytaxtın Səbail rayonunda əcnəbi vətəndaşlar – Alsaiari Yaslam Avn və Alsaiari Musallam Omar oğluna qarşı xuliqanlıq edilib.
Paytaxt sakinləri – Pünhan Sadıqlı, Məhəmməd Mikayılov, İsmayıl Qədirov və Aytən Nağıyeva hər iki əcnəbi vətəndaşı döyərək, onlara xəsarət yetiiblər.