20 İyul 2020 11:43
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ailə üzvlərini öldürmətyə cəhddə ittiham olunan Vəli Yaqubovun cinayət işi üzrə ibtidai istinyaq baş çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Şəmkir rayonu Seyfəli kənd sakini, 1963-cü il təvəllüdlü Vəli Yaqubov yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə zamanı qisas məqsədilə özü ilə gətirdiyi benzini oğlu, 1988-ci il təvəllüdlü Əkbər Vəliyev və gəlini 1988-ci il təvəllüdlü Nərgiz Hüseynovanın üzərinə və evin içərisinə tökərək yandırıb.

Hadisə zamanı oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Hüseynova, evdə olan arvadı 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova və 2016-cı il təvəllüdlü nəvəsi Banu Yaqubova yanıq xəsarətləri ilə Gəncə şəhər xəstəxanasına aparılıb, V.Yaqubov hadisə yerindən qaçıb.

Vəli Yaqubov barəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində o tutularaq istintaqa təhvil verilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəli Yaqubov 32 yaşlı oğlu Əkbər Vəliyevi və onun ailəsini evdən çıxarmaq istəyib. Uzun müddətdir mülk üstündə tərəflər arasında münaqişə olub. Hətta bir neçə dəfə prokurorluğa və polis şöbəsinə müraciət də ediblər.

Ələkbər Vəliyev işləmək üçün əvvəllər Rusiyaya gedib. Ancaq deportasiya olunduğundan yenidən federasiya ərazisinə qayıtmaq üçün həyat yoldaşının soyadını götürüb. Ümumiyyətlə, təsərrüfatla məşğul olan ailə kənddə münaqişəli ailə kimi tanınırlar.

Vəli Yaqubov əvvəllər də onları çıxıb getməsələr, evi yandıracağı ilə hədələyibmiş. Hadisə günü də tərəflər arasında yenidən mübahisə düşüb, amma ailə üzvləri onun təkrarən hədələrinə əhəmiyyət verməyib.

Bu zaman Vəli Yaqubov 5 otağı və 1 aynabəndi olan birmərtəbəli evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, Nüşabə Yaqubova, oğlu Əkbər Vəliyev, gəlini Nərgiz Vəliyeva və nəvələri - 4 yaşlı Banu və 3 yaşlı Ömər evdə olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs sonradan saxlanılıb və istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən Vəli Yaqubovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər