Bakının Qaradağ rayonunda qardaşı arvadını amansızıqla öldürməkdə təqsirli bilinən Səbuhi Kərimovun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Səbuhi Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, bu ilin martın 26-da Qaradağ rayonu, Qobustan qəsəbəsində 1981-ci il təvəllüdlü Laləzar Kərimli bıçaqlanaraq qətlə yetirilib.
Məlum olub ki, Laləzar Kərimlini qaynı, 1981-ci il təvəllüdlü Səbuhi Kərimov qətlə yetirib.
Səbuhi Kərimov Laləzar Kərimlini bacısının evində öldürüb.
İstintaq araşdırması zamanı hadisənin təfərrüatı məlum olub.
Belə ki, Laləzar Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib.
Bundan sonra Sərxan Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib.
Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar.
Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər.
Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları Laləzar Kərimlini ölü vəziyyətdə tapıblar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən Sərxan Kərimov həbs edilib.
Müəyyən edilib ki, Sərxan Kərimov əvvəllər oğurluq etdiyi üçün məhkumluq həyatı yaşayıb.
İstintaq orqanı tərəfindən Sərxan Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hazırda Qaradağ rayon Prokurorluğunda istintaq davam edir.