9 Avqust 2020 14:25
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Samirə Süıeymanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Bu ilin martın 31-də, saat 22.00-da Göyçay rayon sakini, 1995-ci il təvəllüdlü Orxan Əhmədov döş nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə gətirilib.

Məlum olub ki, Orxan Əhmədov birgə yaşadığı Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Süleymanova tərəfindən bıçaqlanıb.

Cinayət hadisəsi cütlüyün Binəqədi qəsəbəsində kirayələdiyi evdə baş verib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər.

Məlumat əsasən, hadisə məişət zəminində baş verib.

İstintaq orqanı tərəfindən Samirə Süıeymanovanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov