4 Yanvar 2021 00:29
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə “Lavasoğlu” kimi tanınan qanuni oğru Mindiya Qoradze Ukraynanın Odessa aeroportunda saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Detektiv-info” məlumat yayıb.

Belarusdan gələn avtoritetin üzərində şəxsiyyəti təsdiq edən hər hansı sənəd tapılmayıb. Bu səbəbdən Ukrayna sərhədçiləri onun ölkə torpaqlarına girişini qadağan edib.

Yenidən Minsk reysi üzrə təyyarəyə mindirilən qanuni oğru ictimai sabitliyi pozmağa cəhd edib və Belarusa qayıdacağı təqdirdə özünə xəsarət yetirəcəyini bildirib.

Bundan sonra laynerin ekipaj heyətinin rəhbəri Qoradzenin Minskə aparılmasından rəsmi şəkildə imtina edib. Nəticədə Qoradze təyyarədən düşürülüb və indiyədək Odessa beynəlxalq aeroportunda sərhədçilərin nəzarətində saxlanılır.

“Lavasoğlu” yenidən Belarusa göndəriləcəyi təqdirdə damarlarını kəsəcəyini bildirərək Ukrayna hüquq-mühafizə orqanlarını təhdid edib.

Qeyd edək ki, qanuni oğru bir müddət əvvəl Türkiyədən Belarusa deportasiya edilmişdi.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər