Bakının Suraxanı rayonunda çörəkbişirmə sexində partlayış olub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 21-də saat 12 radələrində qeydə alınıb. Bakı şəhər sakini Zorab Vazayeviçevə məxsus Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən (konstruksiyası plastik materialdan olan) şirniyyat sexində təbii qazın sızmasından partlayış baş verib.
Nəticədə konstruksiya dağılıb, orada çörək bişirən işləyən Bakı şəhər sakini Samir Həşimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov