Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun M.Nərimanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Sabir Məmmədov idarə etdiyi “Land Kruzer” markalı avtomobili maneəyə vurub və hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov