13 Yanvar 00:43

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com