14 Mart 2021 12:10
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda koronavirus infeksiyasının yayılması təhlükəsi yaratmaqda ittiham olunan Əfqan Əsgərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Cavid Sultanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Əfqan Əsgərovun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər