21 Mart 2021 22:42
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda koronavirus infeksiyası yaymaqda ittiham olunan daha üç nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vəsilə Əhmədova, Ramin Şıxıyev və Ramil Xudaverdiyevin barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

Vəsilə Əhmədovanın barəsində olan cinayət işi araşdırılıması üçün hakim Solmaz Mustafayevanın, Ramin Şıxıyevin barəsində olan cinayət işi araşdırılması üçün hakim Elməddin Hüseynovun və Ramil Xudaverdiyevin cinayət işi araşdırılması üçün hakim Azər Tağıyevin icraatına verilib.

Vəsilə Əhmədova və Ramin Şıxıyevin işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 1-nə təyin olunub.

Bundan başqa, Ramil Xudaverdiyevin işi üzrə məhkəmənin hazırlıq iclası isə aprelin 2-də keçirilməsi nəzərdə tutulub.

İstintaq orqanı tərəfindən hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov