26 Mart 2021 12:44
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda mədəniyyət evinin müdiri həbs edilib.

Teleqraf.com xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər